
Bu gün Türkiyə Super Liqasının 2-ci turunun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutub.
"Sivasspor" öz evində "Trabzonspor"u qəbul edib. Oyun başladığı hesabla da bitib - 0:0.
"Alanyaspor" - "Eyüpspor" görüşündə 64-cü dəqiqədə Samu Diaz qonaqları önə keçirsə də, 76-cı dəqiqədə Sergio Kordova komandasına 1 xal qazandırmağı bacarıb.
Günün əsas qarşılaşması Samsunda baş tutub. Meydan sahibi "Samsunspor" öz meydanında çempionluğa iddialı "Beşiktaş"ı qəbul edib. 31-ci dəqiqədə Rafa Silva və 36-cı dəqiqədə Qabriel Paulistanın qolları ilə 0:2 hesablı qələbə qazanan "ağ-qaralar" sensasiyaya icazə verməyib.
Qeyd edək ki, Super Liqanın ilk turuna sabah yekun vurulacaq.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?