“Bavariya”nın büdrəməsindən UDDU
07.04.2023 - 17:30
“Bavariya”nın büdrəməsindən UDDU

Bukmeker kontorlarında daha bir maraqlı uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər “Bavariya”nın tarixində ilk dəfə “Frayburq”la ev matçında uduzmasını düzgün təxmin edib.

Better kuponunda cəmi üç matça yer verib. Oyunların başlamasından 15 dəqiqə sonra canlıda mərc edən müştəri Almaniya kubokunun 1/4 finalındakı sensasiyanı da tapıb.

“Frayburq”u 23 dəfə qəbul edən Münhen təmsilçisi 20 qələbə və 3 heç-heçəyə nail olduğundan 24-cü dueldə qonaqların qalibiyyət əmsalı çox yüksək olub. 17,59 əmsallı varianta üstünlük verən proqnozsevər İngiltərə Premyer Liqasının iki qarşılaşmasından da qalibi təxmin edib.

Nəticədə kuponun əmsalı 94,51-ə yüksəlib. O, belə mərcə 1000 rubl (20,8 manat) qoyub. Variantları doğru çıxan better 94 min 508 rubl (1965,77 manat) uduş əldə edib.

0