Bellingem fərqlənir, “Real” qalib gəlir
26.08.2023 - 01:38
Bellingem fərqlənir, “Real” qalib gəlir

Madrid “Real”ı İspaniya La Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, komanda səfərdə “Selta”ya qalib gəlib.

Bu qələbə madridlilərə asan başa gəlməyib. İkinci hissədə “Real” penalti vurmaq şansı qazansa da, Rodriqo bu imkandan yararlana bilməyib. Əvəzində Bellingem 81-ci dəqiqədə qələbə topunun müəllifi olub. İngiltərəli futbolçu dalbadal üçüncü oyunda fərqlənərək, komandasına vacib xallar qazandırıb. 

İspaniya La Liqası
3-cü tur
25 avqust

“Las-Palmas” – “Real Sosyedad” – 0:0
“Selta” – “Real” – 0:1
 

0