Çempion debütanta güzəştə getmədi
12.08.2023 - 00:57
Çempion debütanta güzəştə getmədi

Son çempion İngiltərə Premyer Liqasının növbəti mövsümünə üç xalla başlayıb.

Apasport.az-ın məlumatına görə, “Mançester Siti” səfərdə böyükhesablı qələbə qazanıb.

Turnirin debütantı “Bernli” mövsümə uğursuz başlayıb. Oyunun startında Holand hesabı açıb. Nörveçi forvard fasiləyədək ikinci topu rəqib qapısından keçirərək, dubla yadda qalıb. Xosep Qvardiolanın yetirmələri ikinci hissədə hücumları davam etdirərək, daha bir qol vurublar.

Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasını qazanaraq, trebl etmişdi.

İngiltərə Premyer Liqası
1-ci tur
11 avqust
“Bernli” – “Mançester Siti” – 0:3

 

0