"İnter" və "Real" qalib gəldilər
19.02.2023 - 02:01
"İnter" və "Real" qalib gəldilər

UEFA Çempionlar Liqasının 2 iştirakçısı – "İnter" və "Real" hesabat turunu qələbə ilə başa vurub.

Apasport.az xəbər verir ki, "İnter" XXIII turda Milanda "Udineze"ni 3:1 məğlub edib.

"Real" isə səfərdə "Osasuna"dan güclü olub. XXII tur matçında Federiko Valverde və Marko Asensyonun qolları "Real"a 2:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, hər 2 komanda öz çempionatında 2-ci pillədə qərarlaşıb. 

0