Joao Feliks karyerasını harda davam etdirəcək?
07.12.2023 - 00:22
Joao Feliks karyerasını harda davam etdirəcək?

 

“Barselona”da icarə əsasında çıxış edən “Atletiko”nun hücumçusu Joao Feliks gələcəyi ilə bağlı qərar verib.

Apasport.az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu cari mövsümün sonuna qədər olan icarə müqaviləsi başa çatdıqdan sonra da Kataloniya klubunda qalmaq istəyir. “Barselona” onu transfer etməyə meyllidir, lakin yekun qərar mövsümün sonuna yaxın veriləcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində bütün yarışlarda 17 matçda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib.

 

0