"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi – 7:0!
05.03.2023 - 22:22
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi – 7:0!

İngiltərə Premyer Liqasının XXVI turunun "Liverpul" – "Mançester Yunayted" oyunu gözlənilməz nəticə ilə başa çatıb.

Apasport.az xəbər verir ki, Liverpul şəhərində baş tutan matç meydan sahiblərinin 7:0 hesablı darmadağını ilə nəticələnib.

Kodi Xakpo, Darvin Nunyes, Məhəmməd Salah dubl, mövsümün sonunda "Liverpul"dan gedəcəyi dəqiqləşmiş Robertu Firminu isə 1 qol vurub. Onu da bildirək ki, "Liverpul" son 6 qolu fasilədən sonra vurub.

Bununla da "Liverpul"un Premyer Liqada məğlubedilməzliyi 5-ə çatıb. Komanda bu 5 matçda qapısından top buraxmayıb, rəqib çərçivəsinə 13 qol vurub. Yürqen Kloppun yetirmələri 42 xalla 5-ci sıraya yüksəlib.

0