"Mançester Siti" mövsümdə 3-cü dəfə lideri məğlub etdi
27.04.2023 - 01:02
"Mançester Siti" mövsümdə 3-cü dəfə lideri məğlub etdi

İngiltərə Premyer Liqasının lideri "Arsenal"ın çempionluq şansları daha da azalıb.

Apasport.az xəbər verir ki, 2-ci pillədə olan və "topçular"dan 2 oyun az keçirən "Mançester Siti" "Arsenal"a yenə şans verməyib.

Bununla da "Mançester Siti" cari mövsüm 3-cü dəfə "Arsenal"ı məğlub edib. Daha əvvəl Premyer Liqanın 1-ci dövrəsində Londonda 3:1 və İngiltərə Kubokunun 1/16 finalında Mançesterdə 1:0 qalib gəlmiş "şəhərlilər" bu dəfə də qələbə qazanmaqla xal fərqini 2-yə endirib.

İngiltərə Premyer Liqası
XXXIII tur

"Notinqem" – "Brayton" 3:1
"Çelsi" – "Brentford" 0:2
"Vest Hem" – "Liverpul"1:2
"Mançester Siti" – "Arsenal" 4:1

0