“Mançester Yunayted”dən əzmkar qələbə
26.08.2023 - 23:24
“Mançester Yunayted”dən əzmkar qələbə

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının III turunu qalibiyyətlə başa vurub. 

Apasport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” əzmkar qələbə qazanıblar.

“Nottingem Forest”lə oyunun 4-cü dəqiqəsində 0:2 hesabı ilə məğlub durumuna düşən komanda vəziyyəti öz xeyrinə dəyişə bilib. Doğma azarkeşlər qarşısında dalbadal 3 qol vuran“Mançester Yunayted” möhtəşəm uğura imza atıb.

“Arsenal” öz meydanında xal itirib. “Topçular” 10 nəfərlə qalan “Fulhem”in müqavimətini qıra biıməyiblər. Qonaqlar son dəqiqələrdə məğlubiyyətdən qaça biliblər.

Tur lider “Brayton” üçün uğursuz olub. Komanda öz meydanında “Vest Hem”ə uduzub.

İngiltərə Premyer Liqası 
3-cü tur
26 avqust

“Bornmut” – “Tottenhem” – 0:2 
“Arsenal” – “Fulhem” – 2:2 
“Brentford” – “Kristal Pelas” – 1:1 
“Everton” – “Vulverhempton” – 0:1 
“Mançester Yunayted” – “Nottingem Forest” – 3:2 
“Brayton” – “Vest Hem” – 1:3 

0