Mbappe qol vursa da...
20.08.2023 - 01:29
Mbappe qol vursa da...

PSJ ardıcıl ikinci turda xal itirib.

Apasport.az saytı xəbər verir ki, Paris klubu səfərdə heç-heçə oynayıb.

Meydana sonradan daxil olan Mbappenin penaltidən vurduğu qol da PSJ-yə kömək etməyib. Son dəqiqələrdə meydan sahibləri də “ağ nöqtə”dən zərbə vurmaq şansı qazanıblar və bundan maksimum istifadə ediblər.

Günün digər matçında “Lion” evdə uduzub. Bu, komandanın ardıcıl ikinci məğlubiyyəti olub. İlk turda “Strasburq”, bu dəfə “Monpelye” “Lion”a qalib gəlib.
 
Fransa 1-ci Liqası
2-ci tur
19 avqust

“Lion” – “Monpelye” – 1:4
“Tuluza” – PSJ – 1:1
 

0