Məmməd Quliyev Tayland klubundan ayrıldı
06.12.2023 - 23:35
Məmməd Quliyev Tayland klubundan ayrıldı

Karyerasını Taylandda davam etdirən Məmməd Quliyev başqa komandada oynayacaq.

Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi son olaraq formasını geyindiyi “Uttaradit-Saksiam”dan ayrılıb. O, bu komanda ilə başa çatan müqaviləsini artırmayıb.

Yaxın günlərdə futbolçunun yeni komandasının adına da aydınlıq gələcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu Azərbaycanda “Rəvan”, “Keşlə”, “Şüvəlan”, Taylandda isə “Kamfaenqfet”, “Kasem Bandit”, “”Tonburi” kimi klubların formasını geyinib.

0