Millimizin üzvü oynadı, komandası üç xal qazandı
14.09.2025 - 09:23

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda “Blis”lə arşılaşıb.
Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 1:0.
Oyuna ehtiyatda başlayan Zamiq 87-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Eqnatiya” 3 turdan sonra 4 xalla dördüncü pillədə qərarlaşıb.
0
0