“Nant”ı xilas edən qələbə
04.06.2023 - 01:10
“Nant”ı xilas edən qələbə

Fransa çempionatında 2022/23 mövsümünə yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, yüksək liqanı tərk edən sonuncu klub “Oser” olub.

Son turda UEFA Avropa və Konfrans Liqalarına hansı komandaların vəsiqə qazanacağı bəlli olacaqdı. 4-cü pillədə qərarlaşan “Lill” səfərdə xal itirərək, Avropa Liqasında oynamaq şansını itirib. Onun yerini turu qələbə ilə başa vuran “Renn” tutub. Öz meydanında uduzan “Monako” isə Avropa kuboklarından kənarda qalıb. Knyazlıq klubu, ümumiyyətlə, son 4 matçda cəmi bir xal qazanaraq, mövsümün finişini aşağı səviyyədə keçirib.

“Oser” 1-ci liqadakı zərgüzəştləri cəmi bir mövsüm sürüb. O, öz meydanında məğlub olaraq, yüksək liqanı tərk edən 4-cü komanda olub. “Nant” isə rəqibin uğursuzluğundan istifadə edərək, həyati əhəmiyyətli qələbə qazanaraq, mövqeyini qoruya bilib.

Qeyd edək ki, Fransa çempionatının qalibi PSJ olub.

38-ci tur
“Ayaçço” – “Marsel” – 1:0
“Oser” – “Lans” – 1:3
“Brest” – “Renn” – 1:2
“Loryen” – “Strasburq” – 2:1
“Monako” – “Tuluza” – 1:2
“Nant” – “Anje” – 1:0
PSJ – “Klermon” – 2:3
“Reyms” – “Monpelye” – 1:3
“Trua” – “Lill” – 1:1

0