“Nant”ın ilk xalı, “Monako”nun ilk itkisi
26.08.2023 - 01:13
“Nant”ın ilk xalı, “Monako”nun ilk itkisi

Fransa 1-ci Liqasının 3-cü turunda qapılara 6 qol vurulub.

Apasport.az saytı xəbər verir ki, “Nant” öz meydanında üstünlüyü qoruya bilməyib. 

Mustafa Məhəmmədin dubl etdiyi oyunda “Nant” 3:1 hesabı ilə önə keçib. Məğlubiyyətlə barışmayan “Monako” 59-cu və 86-cı dəqiqələrdə vurulan qollarla “status-kvo”nu bərpa edə bilib. Nəticədə “Nant” mövsümdə ilk xalını qazanıb, qonaqlar ilk dəfə xal itkisi yaşayıblar.

Fransa 1-ci Liqası
3-cü tur
25 avqust

“Nant” – “Monako” – 3:3
 

0