Ramil Şeydayev üçün səmərəsiz 53 dəqiqə
17.12.2023 - 20:30
Ramil Şeydayev üçün səmərəsiz 53 dəqiqə

Tailand çempionatında 14-cü turun oyunları keçirilir.

 Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” səfərdə "Tay Port"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Ramil 53-cü dəqiqədə - hesab 2:1 olanda əvəzlənib. Şeydayev bu oyunda da qol vura bilməyib. Ümumiyyətlə, yayda "Qarabağ"dan ayrılaraq "Buriram Yunayted"ə keçən hücumçu bu mövsüm Tailanda çempionatında 10 oyuna 1 qol vurub, 3 qol ötürməsi edib.

Qeyd edək ki, bu nəticədən sonra “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

0