Realdan inamlı qələbə - Xoselu tarixə düşdü
08.10.2023 - 10:33
Realdan inamlı qələbə - Xoselu tarixə düşdü

Xoselu adını “Real”ın tarixinə yazdırıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın “Osasuna” ilə matçında qol vurub.

Bununla da o 21-ci əsrdə İspaniya çempionatında mövsümün ilk doqquz oyununda Real Madridin heyətində 5 və ya daha çox qol vurmağı bacaran üçüncü ispan futbolçu olub. “Kral klubu”nda Xoseludan əvvəl bu uğura Raul Qonzales və Xavyer Portillo nail olub.

Qeyd edək ki, “Real” – “Osasuna” matçı Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

0