“Roma” və “Atalanta” eyni aqibəti yaşadı
27.08.2023 - 00:51
“Roma” və “Atalanta” eyni aqibəti yaşadı

İtaliya A Seriyasının 3-cü turunun dörd oyunu keçirilib.

Apasport.az-ın məlumatına görə, “Milan” böyükhesablı qələbə qazanıb.

Komanda öz meydanında “Torino”nu məğlubiyyətə uğradıb. “Rossoneyerilər” rəqib qapısından 4 top keçiriblər. Fransalı forvard Jiru dubl edərək, qələbədə böyük pay sahibi olub.

“Roma” və “Atalanta” səfərdən əliboş dönüblər. Hər iki komandanın o qədər də güclü olmayan rəqiblərə məğlubiyyəti çoxları üçün gözlənilməz olub. 

İtaliya A Seriyası
3-cü tur

“Frizonone” – “Atalanta” – 2:1 
“Montsa” – “Empoli” – 2:0 
“Milan” – “Torino” – 4:1
“Verona” – “Roma” – 2:1

0