"Tottenhem" derbini qazanıb ilk 4-lüyə qayıtdı
19.02.2023 - 22:27
"Tottenhem" derbini qazanıb ilk 4-lüyə qayıtdı

İngiltərə Premyer Liqasında XXIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu həftə avrokuboklarda qələbə qazana bilməyən "Mançester Yunayted" və "Tottenhem" turu 3 xalla başa vurub.

"Yunayted" 2 tur qələbə qazanan "Lester"i 3:0, "Tottenhem" isə derbidə "Vest Hem"i 2:0 məğlub edib.

Qeyd edək ki, "Tottenhem" "Nyukasl"ı keçərək Çempionlar Liqasına vəsiqə verən 4-cü sıraya yüksəlib.

0