“Trabzonspor”un 0:5 hesablı məğlubiyyətində ŞÜBHƏLƏR?! 
13.01.2023 - 16:43
“Trabzonspor”un 0:5 hesablı məğlubiyyətində ŞÜBHƏLƏR?! 

Bukmeker kontorlarında daha bir oyuna şübhəli qoyuluşların edildiyi üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının ötən turunda keçirilən “Alanyaspor” – “Trabzonspor” görüşünün təkcə nəticəsi deyil, matça edilən mərclər də gözlənilməzliyi ilə diqqət çəkib.

Eyni anda üç proqnozsevər bu qarşılaşmaya pul qoyub. Onlardan biri 3 min rubldan (75 manat) keçərək dəqiq hesabı təxmin edib. 100 əmsallıq 5:0 hesabının düz çıxması betterə 300 min rubl (7500 manat) gətirib.

Eyni dəqiqədə digər proqnozsevər ilk 45 dəqiqənin 3:0 hesabı ilə bitəcəyinə, matçın fərqli nəticələnəcəyinə daha çox – 5 min rubl (125 manat) qoyub. O, 12,5 əmsallıq təkli kuponda 62 min 500 rubl (1 min 562,5 manat) uduşa sahib çıxıb.

Üçüncü mərc daha ehtiyatlı olub. O, “Alanyaspor”un 3,20 əmsallıq qələbəsinə 7 min rubl (175 manat) qoyub. Yekunda isə 22 min 400 rubl (560 manat) uduş götürüb.

Qeyd edək ki, artıq ilk 45 dəqiqədə üç qol vuran “Alanyaspor” son çempionu 5:0 hesabı ilə darmadağın edib.

0