İki oyunda BÖYÜK UDUŞ
25.03.2023 - 17:03
İki oyunda BÖYÜK UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, cəmi iki oyuna mərc edən müştəri 156 əmsal toplayıb.

O, Milli Hokkey Liqasının görüşlərində qazanc əldə edib. Proqnozsevər “Detroyt”un 1-ci hissədə, “Sent-Luis”in isə yekunda qalib gələcəyinə təxmin yazıb. O, “Sietl”in “Neşvill”i ilk 20 dəqiqədə üstələyəcəyi, qarşılaşmanın əsas vaxtının heç-heçə bitəcəyini proqnozlaşdırıb.

Detroyt təmsilçisi ilk periodda 2:1 hesablı qələbə qazansa da, sonda uduzub – 3:4. “Sietl” ilk fasiləyə 1:0 hesabı ilə öndə yollansa da, sonda görüşün taleyini bullitlər həll edib.

Better bu kupona 27 min 500 rubl (613,25 manat) qoyub. Onun uduşu 4 milyon 290 min rubl (95 min 667 manat) təşkil edib.

0