[b]Serbiyada Rusiya - İspaniya finalı[/b]
12.02.2016 - 09:00
[b]Serbiyada Rusiya - İspaniya finalı[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Serbiyada təşkil olunan yarışın finalçıları müəyyənləşib.

 

İki il əvvəl də həlledici qarşılaşmada çıxış edən Rusiya millisi meydan sahibləri ilə dramatik matçda qalib gəlib. Matçın sonlarında qırmızı vərəqə alan aparıcı futzalçısı Qabriel Limanı itirərək azlıqda qalan və bərabərlik qolu buraxan şimallılar əlavə vaxtda balkanlıların müqavimətini qırıb – 3:2.

 

6 qat Avropa çempionu olan İspaniya isə yarışın debütantı Qazaxıstanı mübarizədən kənarlaşdırıb – 5:3. Sonuncular fevralın 13-də III yer uğrunda matçda Serbiya ilə üz-üzə gələcək. Həmin gün baş tutacaq finalda isə Rusiya ilə İspaniya qarşılaşacaq.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

Yarımfinal

11 fevral

Serbiya – Rusiya – 2:3 (əlavə vaxtda)

İspaniya – Qazaxıstan – 5:3

0