[b]“Oser faciəsi” birinci yerdə![/b]
11.05.2016 - 11:37
[b]“Oser faciəsi” birinci yerdə![/b]

Azərbaycan yığmasının 1995-ci ildə Fransaya 0:10 hesablı məğlubiyyəti növbəti dəfə xatırlanıb. Apasport.az-ın məlumatına görə, bu dəfə pastemagazine.com saytı “Oser faciəsi”ni yada salıb.


Belə ki, həmkarlarımız yığmaların böyük hesablı məğlubiyyətləri ilə bağlı yaz hazırlayıblar. Millimizin ağır məğlubiyyəti “onluğ”un ilk pilləsində yer alıb: “1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın yığması Avro-1996-nın seçmə mərhələsində özünü heç də pis göstərmirdi. Buna Fransa ilə ev oyununu misal göstərmək olar. Həmin görüşdə Azərbaycan cəmi 2 top fərqilə rəqibinə uduzmuşdu. Cavab matçında isə tam fərqli tarix yaşandı. Fransızların 8 oyunçusu 10 qola imza atmaqla, Azərbaycan yığmasına ilk ağır zərbəni vurdu”.


“Onluq”da həmçinin, İspaniya – Malta (12:1, 21 dekabr 1983-cü il), Maldiv adaları – Monqolustan (12:0, 3 dekabr 2003-cü il), Argentina – Ekvador (12:0, 22 yanvar, 1942-ci il), Yeni Zelandiya – Fici (13:0, 16 avqust 1981-ci il), Almaniya – San-Marino (13:0, 6 sentyabr 2006-cı il), Cənubi Koreya – Nepal (16:0, 29 sentyabr 2003-cü il), İran – Quam (19:0, 24 noyabr 2000-ci il), Küveyt – Butan (20:0, 14 fevral 2000-ci il) və Avstraliya – Amerika Samoası (31:0, 11 aprel 2001-ci il) matçları da yer alıb.

 

Qeyd edək ki, yığmamıza 10:0 hesabı ilə qalib gəldikləri görüşdə Fransanın qollarına Yuri Corkaeff (2), Frank Leböf (2), Marsel Desaill, Vinsen Querin, Reynald Pedros, Kristof Duqarri, Zinəddin Zidan və Kristof Kokar imza atıblar.

 

0