[b]Millimizin Makedoniyaya qarşı start heyəti[/b]
28.05.2016 - 20:20
Avstriyada təlim-məşq toplanışında olan milli komandamızın sabah Makedoniya millisi ilə keçirəcəyi hazırlıq oyunun start heyəti bəlli olub. Apasport.az saytının məumatına görə, baş məşqçi Robert Prosineçki bu dəfə Andorra ilə matçdan fərqli olaraq əsas heyətin bütün üzvlərinin xidmətindən istifadə edə biləcək.
Qapıçı: Səlahət Ağayev
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov
Yarımmüdafiəçilər: Rəhman Hacıyev, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Əfran İsmayılov
Hücumçu: Ruslan Qurbanov
0
0