Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması Makedoniya millisinə 1:3 hesabı ilə uduzub. Apasport.az saytının məlumatına görə, yoxlama oyunundakı bu yenilgi ilə Makedoniya komandamızın tarixinə uduzduğumuz ən zəif komandalardan biri kimi düşdü.
Belə ki, balkanlılar hazırda FİFA reytinqində 141-cidi. Millimiz ilk 14 “onluq”dan kənardakı, yəni 141-ci və daha aşağı pillələrdəki zəif komandalara indiyədək 5 dəfə uduzmuşdu. Makedoniya bu siyahıda 6-cı oldu.
Uduzduğumuz ən zəif 6 komanda
2 sentyabr 1994. Kişinyov. YO. Moldova – Azərbaycan - 2:1 (149)
25 aprel 1997. Aşqabad. YO. Türkmənistan – Azərbaycan - 2:0 (150)
14 oktyabr 1998. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan - 2:1 (165)
9 mart 2007. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan - 1:0 (145)
29 fevral 2012. Dubay. YO. Azərbaycan – Fələstin - 0:2 (162)
20 may 2015. Şvadorf. YO. Azərbaycan – Makedoniya – 1:3 (141)
Qeyd: Mötərizədə rəqibimizin oyun gününə olan FİFA reytinqindəki mövqeyi, AÇ – Avropa çempionatının seçmə oyunu, BT – beynəlxalq turnir, YO – yoxlama oyunu