[b]AÇ-2016: 62 illik tilsim, 50 illik rekord[/b]
18.06.2016 - 14:00
[b]AÇ-2016: 62 illik tilsim, 50 illik rekord[/b]

İspaniya yığmasının qapıçısı David de Xea yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı qolkiper millidəki ilk 5 matçında qapısının toxunulmazlığını qoruyaraq, 50 illik rekordu yeniləyib.

 

Fransada təşkil edilən Avropa çempionatında Çexiya və Türkiyə ilə qarşılaşmalarda çərçivədə keçilməz olan “Mançester Yunayted”in oyunçusu ondan öncə də Lüksemburq, Makedoniya və Ukrayna ilə görüşlərdə rəqib hücumçularına heç bir şans verməmişdi. Bununla de Xea İngiltərə yığmasının sabiq qapıçısı Qordon Benksə məxsus rekordu yeniləyib. Belə ki, Benks 50 il əvvəl İngiltərə millisindəki ilk 4 görüşündə qol buraxmamaqla rekorda imza atmışdı.

 

Həmçinin İspaniya yığması da 3-cü dəfədi ki, Avropa çempionatına ardıcıl 2 qələbə ilə start verir. “Buğalar” 1964 və 2008-ci illərdəki qitə birinciliyinə də ardıcıl 2 qələbə ilə başlamış və çempion olmuşdu. Bu göstərici ilə ispanlar yeni rekord müəyyənləşdiriblər.

 

Türkiyə ilə qarşılaşmada vurulan 3-cü qol da əlamətdar olması ilə yadda qalıb. Məsələ burasındadı ki, həmin qol zamanı komandanın 9 futbolçusu 21 saniyə ərzində paslaşıb və 48 dəqiq ötürmənin yekununda Alvaro Morata toru silkələyib. Bu, ən qısa zaman kəsiyində bir komandanın ən çox oyunçusunun paslaşaraq vurduğu qol kimi tarixə düşüb.

 

Türkilər isə ardıcıl 8-ci matçda da İspaniya üzərində qələbə qazana bilməyiblər. “Ay-ulduzlular” sonuncu dəfə 1954-cü ildə, yəni 62 il əvvəl dünya çempionatının seçmə mərhələsində “buğalar”a (1:0) qalib gəlib. Ondan sonra bu komandalar arasında baş tutan 8 görüşün yalnız 3-cü Türkiyə millisi heç-heçəyə sevinə bilib. Qardaş ölkə təmsilçisinin 3 qoluna pirineylilər 13 qolla qarşılıq veriblər.

 

Qeyd edək ki, AÇ-2016-nın D qrupu çərçivəsində dünən keçirilən İspaniya – Türkiyə görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

 

0