Milli üzvü “Lill”də
26.07.2016 - 23:27
Milli üzvü “Lill”də

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lill" heyətini yeni futbolçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, fransalılar "Genqam"ın və Seneqal millisinin üzvü Yunus Sanxareni heyətinə cəlb edib.

 

Bu barədə məlumatı "Lill"in rəsmi saytı yayıb. Müqaviləyə əsasən, Sanxare 2020-ci ilin yayınadək "Lill"in şərəfini qoruyacaq.

 

26 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "Genqam"ın uğurları üçün çalışırdı.

0