[b]Rio-2016: Fatimə 41-ci, Kirillov sonuncu - YENİLƏNİB[/b]
10.08.2016 - 20:42
[b]Rio-2016: Fatimə 41-ci, Kirillov sonuncu - YENİLƏNİB[/b]

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki təmsilçisi də mübarizəyə start verəcək.

 

İlk olaraq qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova yarışıb. Təsnifat mərhələsində çıxış edən 14 yaşlı idmançımız 1-ci qrupda mübarizə aparıb. O, 59.43 saniyə nəticə ilə öz qrupunda üçüncü olub.

 

Hər birində 8 üzgüçü olmaqla 6 qrupda ümumilikdə ən yaxşı nəticə göstərən 16 idmançının yarımfinala yüksələcək. Artıq 4 qrupun nəticələrindən sonra Fatimənin yarımfinala yüksəlməyəcəyi dəqiqləşib. O, 48 üzgüçü arasnda 41-ci yeri tutub.

 

Daha sonra isə 200 metr məsafəyə arxasıüstə üzmədə Boris Kirillov öz gücünü sınayıb. O da xanım idmançımız kimi ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayıb. 2:06.74 dəqiqə nəticə ilə zəiflərin arasında sonuncu olan Kirillovun ümumi mübarizədə də hər kəsdən geri qalaraq sonuncu olub.

 

Xanımların yarışında olduğu kimi, bu mübarizədə də ən yaxşı 16 üzgüçü yarımfinalda çıxış edəcək.

0