[b]Qran-pridə azərbaycanlıların dueli...[/b]
07.10.2016 - 17:42
[b]Qran-pridə azərbaycanlıların dueli...[/b]

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-pri turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin qazancı 1 bürünc medal olub.

 

Mükafatı komandamıza Rüfət İsmayılov (81 kq) qazandırıb. 1/8 finalda Sunnatulla Əzimova (Özbəkistan) qalib gələn həmyerlimiz ardınca Srdyan Mrvalyeviçi (Monteneqro) mübarizədən kənarlaşdırıb. Lakin yarımfinalda özbəkistanlı Davlat Bobonovla üz-üzə gələn İsmayılov finala yüksələ bilməyib. O, bürünc medal uğrunda görüşündə digər həmyerlimiz Afiq Səfərlidən güclü olub.

 

Yarışı 5-ci pillədə başa vuran Səfərli isə Rüfətlə döyüşə kimi Arman Maxambetova (Qazaxıstan) məğlub olub, təsəlliverici görüşdə Şahzodbek Sabirov (Özbəkistan) üzərində qələbə qazanmışdı.

 

73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov isə Sərvər Şomurodova (Özbəkistan) qalib gəlməklə, yarımfinala yüksəlsə də, uğurunun ardını gətirə bilməyib. O, ikinci qarşılaşmasında Qiyosyon Boboyevə, üçüncü yer uğrunda görüşdə Muso Sobirova uduzub. Təmsilçimizin hər 2 rəqibi yerli idmançı olub.

 

Bu çəkidə digər təmsilçimiz Müşfiq Orucov isə startda Mirzahid Fərmanovla (Özbəkistan) bacarmayıb.

 

Qeyd edək ki, yarışa 11 cüdoçu ilə qatılan Azərbaycan millisinin 8 idmançısı artıq çıxışını başa vurub. Sabah – Qran-prinin son günündə daha 3 həmyerlimiz tatamiyə çıxacaq. 

0