[b]Qvardiola “Real”ı niyə rədd etdi?[/b]
28.10.2016 - 01:53
[b]Qvardiola “Real”ı niyə rədd etdi?[/b]

Madrid “Real”ı haqqında maraqlı iddia səsləndirilib. Apasport.az saytının məlumatına görə, “kral klubu” Rafael Benitezlə yolları ayırdıqdan sonra Xosep Qvardiolaya təklif göndəribmiş.

 

Bu barədə katalon məşqçinin yaxın dostu və bioqrafı Marti Perarnau açıqlama verib. O, bildirib ki, madridlilər Pepin meneceri ilə əlaqə saxlayıblar. Lakin “Barselona”nın keçmiş oyunçusu və baş məşqçisi əzəli rəqiblərinin bu təklifini qətiyyətlə geri çevirib.

 

Daha sonra isə məlum posta Zinəddin Zidan təyin edilib. 

0