[b]Voleybolçularımızdan fərqli nəticələr: Bir qələbə, bir məğlubiyyət[/b]
29.01.2017 - 14:03
[b]Voleybolçularımızdan fərqli nəticələr: Bir qələbə, bir məğlubiyyət[/b]

Qadın voleybolçular arasında Türkiyə çempionatında XIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri, Yana Kulan və Kseniya Poznyakın komandaları da növbəti matçlarına çıxıblar.

 

Yananın çıxış etdiyi “Çanakkale Belediyye” doğma meydanda “Sarıyer Bələdiyyə”ni məğlub edib – 3:1 (25:15, 25:27, 25:19, 25:18). Ağayeva görüşdə 20 xal toplayıb.

 

Poznyakın formasını geyindiyi “Beşiktaş” isə İstanbul derbisində “Fənərbaxça”ya uduzub – 0:3 (20:25, 16:25, 14:25). Milli üzvü bu matçda 7 dəqiq zərbə ilə yadda qalıb.

 

Qeyd edək ki, 13 oyundan sonra “Çanakkale Bələdiyyə” turnir cədvəlinin 4-cü, “Beşiktaş” isə 7-ci pilləsində qərarlaşıb.

0