[b]Həndbol yığmamızın Bolqarıstan fiaskosu[/b]
19.06.2017 - 13:02
[b]Həndbol yığmamızın Bolqarıstan fiaskosu[/b]

Bolqarıstanda keçirilən kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 10-cu yerdə başa vurub.

 

Belə ki, qrup mərhələsində uğursuz çıxış edən komandamız 9-16-cı yerlər uğrunda qarşılaşmada Ermənistanla (39:21) İrlandiyaya (41:33) qalib gəlsə də, Moldova ilə bacarmayıb. 9-cu yer üçün görüşdə həndbolçularımız 31:45 hesabı ilə uduzublar.

 

Yarışın qalibi adını isə Farer adaları qazanıb. Onlar finalda Türkiyəni məğlub ediblər – 26:25.

 

Yarışın yekun siyahısı belədi:

 

1. Farer adaları

2. Türkiyə

3. Kosovo

4. Kipr

5. Bolqarıstan

6. Çin

7. Lüksemburq

8. Gürcüstan

9. Moldova

10.  Azərbaycan

11. Böyük Britaniya

12. İrlandiya

13. Malta

14. Andorra

15. Albaniya

16. Ermənistan

 

0