[b]“Bu, intiqam məsələsi deyil” - Marinos Ozunidis[/b]
26.07.2017 - 18:25
[b]“Bu, intiqam məsələsi deyil” - Marinos Ozunidis[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Qəbələ”ni qəbul edəcək “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis oyunöncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, mütəxəssis cütün taleyinin Bakıda həll olunacağını bildirib.

 

- Brayan Kabezas və Stefanos Çatzigiovannisin durumu nə yerdədi?

- Brayan Kabezas 90 dəqiqə oynaya bilməz. Ancaq matçın böyük qismində bizə kömək edə bilər. Stefanos Çatzigiovannis isə bu gün özünü daha yaxşı hiss edir. O, dünənki məşqdə iştirak etmədi. Ümid edirəm ki, ciddi problemlə üzləşmərik və hər ikisi sabah meydana çıxacaq gücdə olacaq.

 

- “Panatinaikos” matça hazırdımı?

- Belə vaxtlarda bütün məşqçilər komandalarının 100 faiz hazır olduğunu bildirirlər. Ancaq mən belə demirəm. Təlim-məşq toplanışı zamanı müəyyən problemlər yaşadıq. Bəzi oyunçular istədiyimiz qədər oynamaq imkanı əldə etmədilər. Ancaq yaxşı hazırlaşmışıq. Bu problemin həlli üçün də iki yolunuz olur: birincisi müntəzəm yaxşı oynamaq, ikincisi isə yorğun olana dəstək vermək. Psixoloji cəhətdən 100 faiz hazırıq. Rəqibimiz isə yaxşı təşkilatlanmış, intizamlı komandadı. Onlar bəzən 7-8 oyunçu ilə hücuma keçirlər. Belə məqamlarda ağılla oynamaq lazımdı. Çünki ayaqları o idarə edir. Mənim istəyim meydana çıxıb yaxşı futbol sərgiləməkdi. Hər iki oyun olduqca çətin keçəcək. Cütün taleyinin ilk görüşdə həll olunacağını düşünmürəm.

 

- Rəqib üçün “Panatinaikos” ən ciddi sınaq hesab edilir...

- “Panatinaikos” böyük klubdu və rəqiblər bizə hörmətlə yanaşırlar. Bir baş məşqçi kimi, mən də əlimdən gələni edirəm ki, etimadı doğruldum.

 

- İki il əvvəlki uğursuzluğun revanşı barədə düşünmürsünüz?

- Bu hadisə 2015-ci ildə baş verib. Həmin vaxt müəyyən çətinliklər var idi. Bunun rəqiblə bir əlaqəsi yox idi. “Qəbələ” artıq kifayət qədər təcrübəli komandadı. Onların “Yagelloniya” ilə Polşadakı oyunlarına baxmışam. Əvvəlki illərdə “Lill”, “Panatinaikos” kimi komandaları üstələyiblər. Bu turnirdə asan oyun yoxdu. Biz futbolçularımızın hazırlıq durumunu hələ tam yaxşı bilmirik. Rəqib isə güclüdü. Bu, intiqam məsələsi deyil. Sadəcə, onlardan daha yaxşı oynamağa məcburuq.

 

- Demək olarmı ki, cütün favoriti “Panatinaikos”du?

- Keyfiyyət bunu deyir. Ancaq bu da kifayət etmir. Daha güclü olduğumuzu sübut etməli və irəliləməliyik. Onu da unutmayaq ki, son bir ildə bizdə böhran yaşandı, rəqib isə daha uğurlu çıxış etdi.

0