[b]"Qarabağ"ın vitse-prezidenti Danimarkada kiminlə görüşdü?[/b]
23.08.2017 - 00:30
[b]"Qarabağ"ın vitse-prezidenti Danimarkada kiminlə görüşdü?[/b]

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Kopenhagen"in qonağı olacaq. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl komandanın oyunöncəsi məşqini izləyən Qarabağın vurucularından, Ağdamda batalyon komandiri olmuş Hacıəkbər Rüstəmovla görüşüb.

 

Onlar görüş zamanı “Qarabağ” haqda danışıblar.

 

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.  

0