2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 29-da atılan püşkatmadan sonra müəyyənləşən təqvimdəki görüşlərin başlama saatı dəqiqləşib.
Qrup mərhələsinin oyunları Bakı vaxtı ilə 21:00 və 23:45-də start götürəcək. Azərbaycan millisinin Fransa ilə 2018-ci il fevralın 2-də baş tutacaq ilk oyunu 21:00-da, iki gün sonra İspaniya ilə matçı 23:45-də başlayacaq.
1/4 final və yarımfinal oyunları 21:00 və 00:00-da start götürəcək. Fevralın 10-da keçiriləcək həlledici qarşılaşmaların saatları da dəqiqləşib. Bürünc medal uğrunda görüş 21:00-da, final isə 23:45-də başlayacaq.
Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı “Stojitse Arena”da baş tutacaq.
AVRO-2018, final mərhələsi
A qrupu: Sloveniya, İtaliya, Serbiya
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, Azərbaycan, Fransa
Qrup mərhələsi
I tur
30 yanvar
21:00. Sloveniya – Serbiya
23:45 .Rusiya – Polşa
31 yanvar
21:00. Portuqaliya – Rumıniya
23:45. İspaniya – Fransa
II tur
1 fevral
21:00. Polşa – Qazaxıstan
23:45. Serbiya – İtaliya
2 fevral
21:00. Fransa – Azərbaycan
23:45. Rumıniya – Ukrayna
III tur
3 fevral
21:00. Qazaxıstan – Rusiya
23:45. İtaliya – Sloveniya
4 fevral
21:00. Ukrayna – Portuqaliya
23:45. Azərbaycan – İspaniya
1/4 final
5 fevral
21:00 və ya 00:00. 1A – 2B
21:00 və ya 00:00. 1B – 2A
6 fevral
21:00 və ya 00:00. 1C – 2D
21:00 və ya 00:00. 1D – 2C
Yarımfinal
8 fevral
21:00 və ya 00:00. 1A–2B qalibi - 1C–2D qalibi
21:00 və ya 00:00. 1B–2A qalibi – 1D–2C qalibi
10 fevral
21:00. III yer uğrunda oyun
23:45. Final