[b]Nazarov oynadı, komandası uduzdu[/b]
17.01.2018 - 09:30
[b]Nazarov oynadı, komandası uduzdu[/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” klubu təlim-məşq toplanışı çərçivəsində son yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisi “Erfurt”la qarşılaşıb.

 

Nikola Rappın 76-cı dəqiqədə öz qapısına vurduğu top matçda həlledici olub və “Erfurt” 1:0 hesablı qələbə qazanıb.

 

Fasilədən sonra Albert Bunyakunu əvəzləyən Nazarov ikinci 45 dəqiqədə qol vurmaq şansı əldə etsə də, bundan yararlana bilməyib.

0