[b]Elxan Məmmədov UEFA-nın iclasında[/b]
20.04.2018 - 12:42
Bu gün Avropa futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında baş tutacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da iclasda təmsil olunacaq. Belə ki, baş katib, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edəcək.
0
0