Futbol yığmamız İspaniya ilə qarşılaşa bilər
26.11.2008 - 12:17
Futbol yığmamız İspaniya ilə qarşılaşa bilər
Azərbaycan milli komandası Avropa çempionatının ikinci mərhələsinin püşkatması zamanı sonuncu səbətdə yer alacaq. Apasport.az saytının məlumatına görə, 17 yaşlılardan ibarət yığmamızın qitə birinciliyinin ikinci mərhələsindəki rəqibləri dekabrın 4-də müəyyənləşəcək. Artıq UEFA bu mərhələdə iştirak edəcək 28 komandanı səbətlərə də bölüb. Millimiz ən zəif 7 komandanın yer aldığı 4-cü səbətdə qərarlaşıb.

A: Avstriya, Danimarka, Portuqaliya, Finlandiya, Xorvatiya, Polşa, İspaniya
B: Hollandiya, Yunanıstan, Fransa, Türkiyə, Çexiya, Serbiya, Şotlandiya
C: Rumıniya, Belçika, Sloveniya, İtaliya, İngiltərə, Norveç, Lüksemburq
D: Macarıstan, İsveçrə, Belarus, Azərbaycan, Gürcüstan, Uels, Qazaxıstan

İkinci mərhələnin oyunları 2009-cu il martın 1-dən 31-dək 7 qrupda keçiriləcək. Yeddi qrupun qalibi isə Almaniyada təşkil olunacaq final mərhələsində meydan sahibləri ilə mübarizə aparacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma dekabrın 4-də saat 12:30-da başlayacaq. Bir gün əvvəl saat 19:00-da isə final mərhələsi Lixtenşteyndə keçiriləcək 2009/10 mövsümünün birinci mərhələsinin püşkü atılacaq. UEFA burada da 52 komandanı səbətlərə bölüb. 13 qrupun tərkibini müəyyənləşdirmək üçün iştirakçılar hərəsində 26 komanda olan iki səbətə bölünüb. Hər qrupa A və B səbətlərinin iki yığması düşəcək. Millimiz burada da sonuncu səbətdə yer alıb.

Mənbə: uefa.com
0