Milli komandamız gələn il İngiltərə ilə qarşılaşacaq
29.11.2008 - 15:39
Milli komandamız gələn il İngiltərə ilə qarşılaşacaq
Qadınlardan ibarət otüstü hokkey üzrə Azərbaycan yığmasının Avropa çempionatındakı rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, püşk nəticəsində milli komandamız A qrupunda yer alıb. Otüstü hokkeyçilərimizə Hollandiya, İngiltərə və Rusiya yığmaları rəqib olublar. Çempionat 2009-cu il avqustun 22-dən 30-dək Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək.

Kişi hokkeyçilərimiz isə qitə birinciliyinin Çelenc divizionunda mübarizə aparacaqlar. A qrupunda yarışacaq milli komandamız Portuqaliya, Danimarka və Türkiyəni sınağa çəkəcək. Turnir gələn il 25-31 iyul aralığında Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq.
0