Azərbaycan futbol yığması Rusiyadan mükafatla qayıdır
12.01.2009 - 10:42
Azərbaycan futbol yığması Rusiyadan mükafatla qayıdır
Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev ən yaxşı qapıçı seçilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 18 yaşlı futbolçu yanvarın 5-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə keçirilən ənənəvi turnirdə fərqlənib. U-19-da Bakının “İnter” klubunu təmsil edən Ağayev səkkiz komandanın qatıldığı yarışın ən yaxşı qapıçısı olub.

Qeyd edək ki, turnirdə yeddinci yeri tutan millimizin qapıçısı 4 oyunda cəni 3 top buraxıb.
0