Ancaq Azərbaycan çempionatında: oğul birinci oldu, ata ikinci!
12.01.2009 - 14:40
Ancaq Azərbaycan çempionatında: oğul birinci oldu, ata ikinci!
Ağır atletika üzrə Azərbaycan çempionatında görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yanvarın 8-9-da Bakı İdman Sarayında keçirilmiş ölkə birinciliyində fəxri kürsüyə ata və oğul birgə çıxıb.

Məsələ burasındadır ki, yarışda veteranlar arasında dünya və Avropa çempionu Akif Alıyev və onun oğlu Elmar eyni çəki dərəcəsində - 56 kq-da mübarizə aparıblar. Rəqiblərinin hamısı üstələyən ata və oğul sonda medallara sahib çıxıblar. Özü də maraqlıdır ki, birinci yeri Elmar Alıyev tutub (177 kq). Oğlundan 4 kq az qaldıran Akif Alıyev isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, Akif Alıyev Mərkəzi Ordu İdman Klubunun (MOİK) giziridir. Onun oğlu da MOİK-in şərəfini qoruyur. Lakin atasından fərqli, Elmar indiyədək beynəlxalq turnirlərdə uğur qazana bilməyib.
0