Nansi Metkalf “Çelenc Cup”ın ən yaxşısı seçildi
02.04.2012 - 08:40
Nansi Metkalf “Çelenc Cup”ın ən yaxşısı seçildi
Qadın voleybolçular arasında “Çelenc Cup”ın ən yaxşı oyunçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in final mərhələsində “Bakı”nı məğlub edərək çempion olduğu yarışda mövsümün voleybolçusu “dəmiryolçular”ın heyətindən müəyyənləşib. Bu, onların amerikalı legioneri Nansi Metkalfdır.

Qeyd edək ki, “Lokomotiv” “Qızıl set”də rəqibinə qalib gəlib.
0