Anqola Azərbaycan yığmasını irəli saldı
03.02.2014 - 15:00
Anqola Azərbaycan yığmasını irəli saldı

Azərbaycan millisi FİFA reytinqində irəliləyəcək. Apasport.az saytının məlumatına görə, fevralın 13-də rəsmən açıqlanacaq siyahıda yığmaların yer alacağı

mövqelər müəyyənləşib.

 

Komandamız 10 gün sonra açıqlanacaq siyahıda 93-cü yerdə olacaq. Hesabında 372 xal olan Berti Foqtsun yetirmələri ötən ayla müqayisədə 1 pillə irəliləyəcək. Düzdür, siyahının yanvarda açıqlandığı tarixdən sonra millimiz heç bir matça çıxmasa da, xal hesabı da artacaq.

 

Ötən ay 363 xalı olan komandamız aktivinə daha 9 vahid əlavə edəcək. Futbolçularımızın gözlənilən irəliləyişində Anqolanın enişi də rol oynamalıdır. Ötən ay planetin 89-cusu olan afrikalılar 6 pillə geriləməklə millimizdən geri düşəcək.

 

Qeyd edək ki, martın 5-də komandamızla yoxlama oyunu keçirəcək Filippin 219 xalla 127-ci yerdə qalacaq. Siyahının ilk 3 pilləsi isə dəyişməyəcək. İspaniya 1-ci, Almaniya 2-ci, Argentina isə 3-cü yerdə mövqeyini qoruyacaq.