[b] “Qəbələ”də daha bir ayrılıq: Kalabane də yola salındı[/b]
18.04.2014 - 17:41
[b] “Qəbələ”də daha bir ayrılıq: Kalabane də yola salındı[/b]

“Qəbələ” Yannik Kamananın ardından Omar Kalabane ilə də yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılaşma əsasında qvineyalı müdafiəçi ilə müqaviləyə xitam verilib.

Kalabane “Qəbələ”yə 2012-ci ilin iyul ayında qoşulmuşdu. O, komandanın heyətində 32 oyun keçirib və 2 qola imza atıb.

Qeyd edək ki, 2012-ci ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Kamanan "qırmızı-qara" forma ilə 68 oyuna çıxıb və 18 dəfə fərqlənib.

0