[b]Aparıcı voleybolçular “İqtisadçı”nı tərk edir[/b]
06.05.2014 - 11:16
[b]Aparıcı voleybolçular “İqtisadçı”nı tərk edir[/b]

Yeni mövsümdən Azərbaycan çempionatında oynayıb-oynamayacağı dəqiqləşməyən “İqtisadçı” aparıcı voleybolçularını itirə bilər. Apasport.az saytının məlumatına görə, müqaviləsi başa çatan aparıcı oyunçular komandaya qayıtmaq istəmirlər.

 

Mövsüm ərzində voleybolçuları “əlcək” kimi dəyişən Super Liqanın bürünc mükafatçısı hollandiyalı Manon Flier və tailandlı Onuma Sittirakı itirmək üzrədir. Onuma artıq Yaponiyanın “Marvelous” klubu ilə danışıqlara başlayıb və çox güman ki, seçimini də bu komandanın xeyrinə edəcək.

 

Əvəzində, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva yenidən “İqtisadçı”ya dönmək bərədə düşünürlər. Çünki onlara bu komandandan çox əmək haqqı təklif edən yoxdur.

 

Qeyd edək ki, mayın 19-da avrokuboklara sifariş vaxtı bitəcək. Həmin tarixə kimi “İqtisadçı” öz adını təsdiqləməlidir. Çünki komandanın prezidenti Şəmsəddin Hacıyev Azərbaycan İqtisad Universitetinin rektoru vəzifəsindən azad edildiyindən klubun yeni mövsümə yeni adla başlayacağı istisna deyil.

 

0