Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunun görüşləri B qrupunun ardından A və D qruplarında da keçirilir. Apasport.az saytının məlumatına görə, A qrupundan Braziliya və Meksika növbəti mərhələyə keçib.
Bu görüşlərdən Xorvatiya – Meksika matçı daha böyük maraq doğursa da, meydan sahiblərinin növbəti mərhələyə yolu Kamerunla görüşdən keçib. Braziliyaya sadəcə heç-heçə kifayət etsə də, "top sehirbazları" Kamerunun qapısından 4 qol keçirərək qələbə qazanıblar. Afrika təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib.
1/8 finala keçən ikinci komanda Meksika olub. Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar. Xorvatlar bu qollardan ancaq birinin əvəzini çıxa biliblər.
D qrupunun həlledici görüşünü isə mini final kimi qiymətləndirmək olar. Dördqat dünya çempionu olan İtaliya ilə mundialın ikiqat qalibi Uruqvay bu dəfə 1/8 finala çıxmaq üçün mübarizə aparıb. Kosta-Rikadan sonra qrupdan 1/8 finala çıxan ikinci komanda Uruqvay olub. Cənubi Amerika təmsilçiləri Qodinin 81-ci dəqiqədə vurduğu yeganə qol sayəsində növbəti mərhələyə yüksəliblər. İtaliya isə turnirə "çao" deyib.
Kosta-Rika ilə İngiltərə isə ilk dəfə məhz Braziliyada üz-üzə gəlib. Mərkəzi Amerika təmsilçisi sürpriz çıxışını davam etdirmək üçün ingilislərlə ən azı heç-heçəyə nail olmalıydı. “Xəzər Lənkəran”ın sabiq hücumçusu Rendall Brenesin çıxış etdiyi Kosta-Rika bu tapşırığın öhdəsindən gəlib. İngilislər isə turnirdə yeganə xallarını qazana biliblər.
24 iyun
A qrupu
Kamerun - Braziliya - 1:4
Qollar: Matip, 27 - Neymar, 17; 34; Fred, 50; Fernandinyo, 84
Hakim: Yunas Eriksson (İsveç)
Braziliya. “Nasional” stadionu
Kamerun: İtanjde, Nkoulou, Nguemo, Moukandjo, Abubakar, Bedimo, Cnoupo-Moting, Mbia, Enon, Matip, Nyom
Braziliya: Cezar, Alveş, Silva, Luis, Marselo, Halk, Paulinyo, Fred, Neymar, Oskar, Qustavo
Xorvatiya - Meksika - 1:3
Qollar: Perisic, 87 - Marques, 72; Quadrado, 75; Hernandes, 82
Qırmızı vərəqə: Rebiç, 89
Hakim: Rövşən İrmatov (Özbəkistan)
Resife. “Arena Pernambuko”
Xorvatiya: Pletikosa, Vrsalko, Praniç, Perisiç, Qorluka, Lovren, Rakitiç, Modriç, Srna, Mancukiç, Oliç
Meksika: Ochoa, Rodriqes, Marques, Herrera, Layun, Santos, Moreno, Quadrado, Peralta, Aqular, Vaskues
Braziliya |
3 |
2 |
1 |
0 |
7-2 |
7 |
Meksika |
3 |
2 |
1 |
0 |
4-1 |
7 |
Xorvatiya |
3 |
1 |
0 |
2 |
6-6 |
3 |
Kamerun |
3 |
0 |
0 |
3 |
1-9 |
0 |
D qrupu
İtaliya - Uruqvay - 0:1
Qol: Qodin, 81
Qırmızı vərəqə: Marçiso, 60
Hakim: Marko Rodriges (Meksika)
Natal. “Dunas” stadionu
Uruqvay: Muslera, Qodin, Perreyra, Rodriqes, Suares, Ximenes, Lodeiro, Rios, Qonsales, Kavani, Caceras
İtaliya: Buffon, De Sciglio, Çhellini, Darmian, Marçiso, Balotelli, Baragli, İmmobile, Bonuççi, Pirlo, Verratti
Kosta-Rika - İngiltərə - 0:0
Hakim: Camel Haymudi (Əlcəzair)
Belo Horizonte. “Mineyran” stadionu
Kosta-Rika: Navas, Qonsales, Borges, Duarte, Kempbell, Puis, Brenes, Dias, Gamboa, Tejeda, Miller
İngiltərə: Foster, Keyxill, Uilşer, Lampard, Starric, Smalling, Cons, Milner, Lallana, Barkley, Şav
Kosta-Rika |
3 |
2 |
1 |
0 |
4-1 |
7 |
Uruqvay |
3 |
2 |
0 |
1 |
4-4 |
6 |
İtaliya |
3 |
1 |
0 |
2 |
2-3 |
3 |
İngiltərə |
3 |
0 |
1 |
2 |
2-4 |
1 |