“Koper” və “Neftçi”nin baş məşqçilərinin mətbuat konfranslarının başlanma vaxtlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iyulun 23-də hər iki komandanın oyunöncəsi son məşqi olacaq.
Ancaq məşqdən öncə baş məşqçi və oyunçuların iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da Rodolfo Vanoli jurnalistlər önünə çıxacaq. Bundan yarım saat sonra isə “Koper”in oyunun keçiriləcəyi “Bonifika” stadionunda son məşqi olacaq.
Bakı vaxtı ilə saat 23:00-da isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında jurnalistlərlə görüşəcək. Oyunun başlanma saatı olan 23:30-da isə “ağ-qaralar”ın 1 saatlıq nəzərdə tutulan məşqi start götürəcək.
Qeyd edək ki, hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.