Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları - YENİLƏNİB
30.07.2014 - 00:25
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

 

Azərbaycan çempionu “Qarabağ” və digər klubların sabah mübarizəyə başlayacağı mərhələyə Çexiyada start verilib. Burada “Sparta” “Malmö”nü qəbul edib.

 

Digər iki matç da Avropanın şərqində keçiriləcək. Slovakiya və Macarıstan çempionları postsovet məkanı təmsilçilərini sınağa çəkib.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

29 iyul

“Sparta” (Çexiya) - “Malmö” (İsveç) - 4:2
“Slovan” (Slovakiya) - “Şerif” (Moldova) - 2:1
“Debretsen” (Macarıstan) - BATE (Belarus) - 1:0

 

0