[b]İbrahim Uzunca: Onların alnından öpürəm[/b]
31.08.2014 - 21:50
[b]İbrahim Uzunca: Onların alnından öpürəm[/b]

 

“Hər həftə bir qədər daha yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca deyib.

 

Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının IV turunun “Qarabağ”la oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “Bu gün bir xal qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm. Qazanılan xalı rəhbərliyə həsr edirəm. “Qarabağ”a isə növbəti Avroliqa oyunlarında uğurlar arzu edirəm. Yolları açıq olsun”.

 

Mənbə: pfl.az

0