Rəhim Həsənov Serbiyada 3 qırmızı vərəqə ilə fərqləndi
30.09.2014 - 11:23
Rəhim Həsənov Serbiyada 3 qırmızı vərəqə ilə fərqləndi

FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz UEFA Regionlar kubokunda Bolqarıstan və İsveçrə komandalarının görüşündə fit çalıb.

 

Həsənov idarəçiliyi ilə diqqət mərkəzinə düşüb. Belə ki, referi 3 qırmızı vərəqə göstərib. 32-ci dəqiqədə isveçrəli Bruneti meydandan qovan hakim 53-cü dəqiqədə bolqarıstanlı qapıçı Georgiyevə də birbaşa qırmızı vərəqə verib. Onun təyin etdiyi penaltidən yararlanan isveçrəlilər hesabda tarazlıq yaradıb – 1:1. Cəmi 70 dəqiqə sonra Həsənov sonuncuların kapitanı Dupperteti də meydandan qovmağı lazım bilib. Say üstünlüyündən yararlanan bolqarlar matçın sonlarında qələbə qolunu vura bilib – 2:1. Hakim qırmızılardan başqa 5 sarı vərəqə də verib. Bunlardan 4-ü bolqarıstanlı, 1-i isveçrəli futbolçuya verilib.

 

Qeyd edək ki, bu oyun həmyerlimizin Serbiyada baş tutan 3-cü seçmə qrupda idarə etdiyi 2-ci oyun olub. İlk turda İsveçrəlilərin Slovakiya komandası ilə qolsuz heç-heçəsinə şahid olan referi hər komandaya 1 sarı vərəqə vermişdi. II turda isə Həsənov Serbiya və İsveçrə komandalarının matçında 4-ü hakim olub. Onun iştirak etdiyi hər 3 matçın yan xətt hakimlərindən biri Yaşar Abbasov olub.

0