[b]“Qarabağ” Kiyevdə problem yaratdı[/b]
22.10.2014 - 08:46
[b]“Qarabağ” Kiyevdə problem yaratdı[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah keçiriləcək “Dnepr” (Ukrayna) – “Qarabağ” (Azərbaycan) oyunu matçın baş tutacağı Kiyevdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Dövlət Avtomobil Müfəttişliyi qarşılaşmanın keçiriləcəyi günlə bağlı bir sıra addımlar atıb.

 

Belə ki, Olimpiya Milli İdman Kompleksinin ətrafındakı küçələrdə nəqliyyat vasitələrinin dayanması qadağan edilib. Sürücülərə müraciətdə avtomobilləri digər yerlərdə də saxlayarkən qaydalara əməl etmələri xahiş olunub. Qurum piyadalara da ehtiyatlı olmağı, yol hərəkəti qaydalarını pozmamağa çağırıb. Hətta küçələrdə müvəqqəti yol qaydaları işarələri də yerləşdirilib.

 

Qeyd edək ki, sabah keçiriləcək “Dnepr” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0